Benzinlər üçün aksiz dərəcələri endirilib

Dərəcə 1 ton üçün 200 manatdan 1 manata düşüb

Source:


Dərəcə 1 ton üçün 200 manatdan 1 manata düşüb

Azərbaycana gətirilən mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla), tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri, o cümlədən 92 oktan ədədi ilə benzinlər  idxal rüsumundan azad edilib.

Bu barədə Nazirlər Kabinetinin 22 dekabr tarixli 161 nömrəli qərarında qeyd edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələrində müvafiq dəyişikliklər edib.

Məlumatı APA yayıb.

Qeyd olunub ki, indiyə qədər bu mühərrik benzinləri gömrük dəyərinin 15 faizi həcmində idxal rüsumuna cəlb edilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Azərbaycana gətirilən bu benzinlərə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib. Hər iki qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 gün müddətində qüvvədədir.

Ana səhifəXəbərlərBenzinlər üçün aksiz dərəcələri endirilib