Benzinin qiyməti qalxdı

“Azpetrol”: “Səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir”

Source:


“Azpetrol”: “S


ə


b


ə


b d


ü


nya bazarlar


ı


nda neftin qiym


ə


tinin d


ə


yi


ş


ilm


ə


sidir”



APA

-Economics”in məlumatına görə, ölkəyə xaricdən gətirilən və qiyməti bundan əvvəl 93 qəpiyə satılan bu növ yanacaq 4 qəpik artaraq 97 qəpik olub.

Ölkədə geniş yanacaqdoldurma məntəqələrinə (YDM) sahib olan şirkətlərdən “

APA

-Economics”ə verilən məlumata görə, qiymət artımı avqustun 6-dan  etibarən baş verib.

“Lukoyl Azərbaycan” şirkətindən bildirilib ki, “Premium Euro-95” markalı benzini Azərbaycan Dövlət Neft Şirkətinin tövsiyə etdiyi qiymətə uyğun olaraq satır: “Bildiyiniz kimi, bu növ yanacaq sərbəst qiymətlərlə satılır və gecə saatlarından etibarən qiymət 97 qəpik təşkil edib”.

“Azpetrol” şirkətindən agentliyə bildiriblər ki, sözügedən yanacaq markasının qiymətinin artmasına səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir: “Azərbaycanda yalnız iki şirkət – ARDNŞ və “Azpetrol” “Premium Euro-95” markalı benzinin ölkəyə gətirilməsi ilə məşğuldur. “Azpetrol” adıçəkilən benzin markasını Yunanıstandan idxal edir. Dünya bazarında neftin qiymətində baş verən artım “Premium Euro-95” markalı benzinin satış qiymətinə təsirini göstərib”.

Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan “Premium Euro-95” benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

Ana səhifəXəbərlərBenzinin qiyməti qalxdı