Bencamin Kardin: “Mən Xədicə İsmayılın həbsindən dərin narahatlıq hissi keçirirəm”

“Ona qarşı indiki ittihamlar bir məqsəd güddüyü bəlli olur – Azərbaycanda onsuz da az sayda olan tənqidi səslərdən birini də susdurmaq”

Source:


“Ona qarşı indiki ittihamlar bir məqsəd güddüyü bəlli olur – Azərbaycanda onsuz da az sayda olan tənqidi səslərdən birini də susdurmaq”

ABŞ Konqresi Helsinki Komissiyasının rəhbəri Bencamin Kardin jurnalist Xədicə İsmayılın həbsilə bağlı bəyanatla çıxış edib:

“Mən Xədicə İsmayılın həbsindən dərin narahatlıq hissi keçirirəm. O, öz ölkəsində korrupsiya faktlarını açıqlamaq cəhdlərinə və siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı işinə görə Azərbaycan hökuməti tərəfindən amansız təqiblərə məruz qalıb.

Ona qarşı indiki ittihamlar qəribə görünür və bir məqsəd güddüyü bəlli olur – Azərbaycanda onsuz da az sayda olan tənqidi səslərdən birini də susdurmaq”.

Bəyanatda daha sonra deyilir: “X.İsmayıl 2014-cü il noyabrın 19-da Helsinki Komissiyasında çıxış etməliydi. Lakin hakimiyyətin qərarı ilə o, ölkədən buraxılmayıb. X.İsmayıla qarşı ölüm həddinə çatdırmaqla bağlı indiki ittihamlar artıq bir neçə ildir ki, hökumət tərəfindən məruz qaldığı təqiblərin artmasıdır.

ATƏT üzvü olan Azərbaycan insan hüquqlarına, media azadlığına  hörmətlə yanaşmaq barədə öhdəlik götürüb. Helsinki komissiyası növbəti dəfə Azərbaycan hökumətini öz vədlərini yerinə yetirməyə və X.İsmayılova da daxil olmaqla, bütün jurnalistlərə qarşı təqiblərə son qoymağa çağırır”.

Ana səhifəXəbərlərBencamin Kardin: “Mən Xədicə İsmayılın həbsindən dərin narahatlıq hissi keçirirəm”