Bella Lapşin: Yalvarıram, onu bağışlayın və əfv edin

Bloqqerin anası Azərbaycan hökumətinə müraciət edib

Source:


Bloqqerin anası Azərbaycan hökumətinə müraciət edib

Fevralın 7-də  Belarusdan Azərbaycana xüsusi təyyarə ilə ekstradisiya edilən Rusiya, Ukrayna və İsrail vətəndaşı bloqçu Aleksandr Lapşinin anası Bella Lapşin Azərbaycan hökumətinə müraciət edib.

“BBC Azərbaycanca”ya müsahibəsində Bella Lapşin oğlunun bu dəfə “düşüncəsiz hərəkət” etdiyini deyib. Bildirib ki, oğlu ümumiyyətlə, “heç vaxt həbslə nəticələnəcək hərəkətə yol verməyən insan” olub.

Anası deyir ki, Lapşinin Azərbaycana ekstradisiya olunmasını mətbuatdan öyrənib və çox kədərlənib. Bella Lapşinin sözlərinə görə, ekstradisiyasından sonra heç kim onunla əlaqə saxlamayıb və hüquqi baxımdan oğlunun vəziyyəti barədə məlumatsızdır. O, gələn həftə Azərbaycana gəlmək niyyətindədir:

“Mən oğlumla görüşməyə çalışacağam”.

Ana Azərbaycan hökumətindən A.Lapşinin işi ilə bağlı şəfqətli olmasına rica edir.

Oğlunun azadlığa buraxılmasına dərindən ümid etdiyni deyən Bella Lapşin, Azərbaycan hökumətinə”yalvarıram, onu bağışlayın və əfv edin” deyə müraciət etdiyini bildirib.

A.Lapşin dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycan sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirləndirilir.

Ana səhifəXəbərlərBella Lapşin: Yalvarıram, onu bağışlayın və əfv edin