”Bəlkə Lapşin 3 yox, 4 ölkənin vətəndaşıdır?”

Aydın Mirzəzadə: ”Bloqqerin yazılarında Ermənistan kəşfiyyatının dəst-xətti hiss olunurdu”

Source:
Aydın Mirzəzadə


Aydın Mirzəzadə: ”Bloqqerin yazılarında Ermənistan kəşfiyyatının dəst-xətti hiss olunurdu”

Milli Məclisin fevralın 14-də keçirilən iclasında deputat Aydın Mirzəzadə bloqqer Aleksandr Lapşinlə bağlı məsələyə toxunub. O deyib ki, bloqqerin 3 ölkənin vətəndaşı olduğu deyilsə də, Ermənistan dövləti öz siyasətini bu şəxs ətrafında qurmağa çalışır:

“Maraqlıdır, niyə Lapşinin həbsi Ermənistanı bu dərəcədə narahat edir? Bəlkə Lapşin 3 yox, 4 ölkənin vətəndaşıdır?! Yəni bəlkə həm də Ermənistanın vətəndaşıdır ki, Yeravan bu cür narahatdır?! Məncə, Yeravanın Lapşini müdafiə etməsi, bu cür canfəşanlığı səbəbsiz deyil. Bloqqer işğalda olan ərazilərimizə qeyri-qanuni səfərlərindən sonra yazdıqlarında Ermənistanın kəşfiyyat orqanlarının dəst-xəttini ortaya qoyurdu”.

A.Mirzəzadə deyib ki, Bakı A.Lapşinlə bağlı güzəştə getməyəcək, o, Azərbaycan məhkəməsi qarşısında cavab verəcək.

Deputat Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına cəhd göstərənlərdən də bəhs edib:

“Azərbaycan dövləti yarandıqdan bir gün sonra onun tarixi ərazisi olan Yerevan şəhəri 100 illiyə ermənilərə icarəyə verilib”.

Ana səhifəXəbərlər”Bəlkə Lapşin 3 yox, 4 ölkənin vətəndaşıdır?”