Mənbə: Meydan Tv

Bələdiyyə üzvü təkadamlıq aksiya keçirməyə cəhd edib

Vəfa Nağı: Məni qorxutmaq istəyirlər, amma geri çəkilməyəcəm!

Polislər Vəfa Nağının aksiya keçirməsinə mane olmağa çalışıb

Neftçala rayonu Xolqaraqaşlı bələdiyyəsinin üzvü Vəfa Nağı iyunun 19-da Daxili İşlər Nazirliyin qarşısında təkadamlıq aksiya keçirməyə cəhd edib. Gənc fəal aksiyaya başlayarkən polislər onu ərazidən uzaqlaşdırıblar.

Vəfa Nağı üzvü olduğu bələdiyyənin sədri Əlibala Səlimovun hərkətlərinə etiraz olaraq təkadamlıq aksiya keçirdiyini bildirib. O deyib ki, Əlibala Səlimovla bağlı 60-a yaxın şikayət məktubu yazsa da, barəsində heç bir tədbir görülmür. Vəfa Nağı bildirib ki, yerli bələdiyyə sakinlərin şikayətlərinə etinasız yanaşır:

“Onlar yerli polislə əlbir işləyir, kənd icra nümayəndəsi, bələdiyyə sədri və rayon Polis İdarəsi mənim sosial şəbəkələrdə yazdığım bütün statuslardan xəbərdardırlar, özləri bunu gizlətmirlər də. Çünki mən onların qeyri-qanuni əməllərindən yazıram. Mən bələdiyyənin maliyyə hesabatını istədim, amma şifahi desələr də, sənədləri vermədilər. Və iclası canlı çəkməyə başlayanda, sədr və mühasib qaçdılar”.

Vəfa Nağı bildirib ki, ona qarşı təzyiqlərin bir səbəbi var, onu susdurmaq:

“İstəyirlər ki, onların qanunsuz torpaq satışları barədə danışmayım. Ona görə kəndə şəkillərimi yaydılar ki, kənddən qaçım. Bələdiyyə sədri özü əxlaqsız olduğu üçün məni də bu yolla vurmaq istəyir. Məsələ ondadır ki, poçtda işləyənin də həmin şəkilləri cırmağa cəsarəti çatmayıb, çünki hər kəs bələdiyyə sədrindən qorxur və onunla əlbir işləyir. Hazırda məqsəd məni bezdirib kənddən getməyimə nail olmaqdır. Amma onların niyyəti baş tutmayacaq”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7c0w5w

Ən çox baxılan