Baş Prokurorluq: “Qənbər İsmayılov vəzifə səlahiyyətlərindən sui-istifadə edib”
Ağstafanın Tatlı bələdiyyəsinin sədri Qənbər İsmayılov ayrı-ayrı şəxslərə ümumilikdə 5 min manat müqabilində hər biri 0.12 ha olmaqla torpaq sahəsi satıb.
O, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməkdə şübhəli bilinir.
Baş Prokurorluğun iyulun 1-də yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib: “Hazırda iş üzrə istintaq davam edir”.
Bu ittiham barədə Tatlı kəndinin bələdiyyəsindən münasibət öyrənmək mümkün olmayıb.