Mənbə: Meydan TV

Bələdiyyə sədri: Mən kiminsə dədəsinin qəbrin gedib təmizləyən deyiləm ki...

Bələdiyyə sədri: Mən kiminsə dədəsinin qəbrin gedib təmizləyən deyiləm ki...

Xırdalan şəhər qəbristanlığında bir neçə qəbir dağılıb. Onların əksəriyyəti xristian qəbirləridir. Ətrafındakı ot-ələf və zibillikdən görünür ki, qəbrlər çoxdandır ziyarət olunmur. Xırdalan sakini Qorxmaz Əliyev iddia edir ki, bu qəbirlər bir müddətdən sonra sökülüb, yeri satılır.

Ərazidə müsəlman qəbrləri də var ki, uçuq-sökük olub, amma indi düzəldilir. Onlar Qarabağ savaşında həlak olan əfqanlardır. Qorxmaz Əliyev deyir ki, 3 aydır qəbrlərin vəziyyətini çəkib, sosial şəbəkədə yaydıqdan sonra icra nümayəndəliyi qəbrlərin təmiri üçün usta göndərib.

Qəbristanlığın axundu deyir ki, xristan qəbrlərinin yerlərinin yenidən satıldığını müşahidə etməyib.

Əraziyə qəbristanlığın rəhbəri kimi təqdim olunan Esmira xanımın oğlu gəlir. O, Qorxmaz Əliyevlə mübahisə etməyə başlayır.

Qorxmaz Əliyev deyir ki, qəbristanlıqdakı xristian qəbrlərinin vəziyyətinin düzəldilməsi üçün dövlət qurumlarına müraciət edir, əvəzində onu cərimələyirlər.

Qəbristanlıqlara nəzarəti bələdiyyələr edir. Xırdalan şəhər bələdiyyəsinin sədri Eldar Əhmədov deyir ki, xristian qəbrlərinin yerləri satılmır.

Qəbristanlığa rəhbərlik edən Esmira xanımla əlaqə qurmaq mümkün olmadı.

Qorxmaz Əliyev bildirir ki, məsələnin araşdırılması üçün Abşeron rayon İcra Hakimiyyətində komissiya yaradıldığı barədə ona məlumat veriblər. O, araşdırmanın nəticəsində həqiqətin ortaya çıxacağına ümid edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tgbtjk

Ən çox baxılan