Namizədlər arasında kişilər çoxluq təşkil edir
“Bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək 4 765 nəfər namizədliyini irəli sürüb”.
Bunu oktyabrın 28-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Bələdiyyə seçkiləri bu il, dekabrın 23-də keçiriləcək.
M.Pənahovun sözlərinə görə, namizədlərin 65 faizi kişi, 35 faizi qadındır. Onların da 80 faizi ali təhsillidir.