Əvvəlki seçkilərdən sonraki dövrdə birləşmə nəticəsində bələdiyyələrin sayı 1607-yə qədər azalıb
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-nə təyin edilib. Bu qərar oktyabrın 21-də Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilib.
MSK rəhbəri Məzahir Pənahovun verdiyi məlumata görə, bundan əvvəlki seçkilərdən sonraki dövrdə birləşmə nəticəsində bələdiyyələrin sayı 1607-yə qədər azalıb.
MSK həmçinin əsas fəaliyyətlər və bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi üzrə tədbirlərlə bağlı Təqvim Planını təsdiq edib.
Plana əsasən, seçkilərin nəticələr 17 yanvar 2015-ci ilə qədər elan edilməlidir.
Azərbaycanda bələdiyyələr 1999-cu ildə yaradılıb. Hazırki seçki sayca dördüncü bələdiyyə seçkisidir.