Dollar bahalaşdı, obyektlər bağlandı, mağazaların səmtinə düşən olmadı. Satıcılar müştərilərin mağazaya ayaq basmadıqlarını, alıcılar isə ürəklərindən keçənləri ala bilmədikləri deyirlər. Səbəb, qiymət artımıdır.
Təmir sexinin sahibi : “ Dollar qalxmamışdan camaat gətirib avadanlığın bura qoyub, pulu yoxdur düzəltdirsin, qalıb hamısı burada”.
Köşk sahibi: “ Olimpiyada düşəndən sən deyən əməlli alver yoxdur. İş yoxdur. Burada fəhlə işləyəndə 10 nəfəri gəlib hərəsi bir siqaret alırdı. İndi tikinti yox, iş yox, fəhlə yox”.
Kənd təsərrüfatı malları satan satıcı deyir ki, satdığı malların 70 faizi xaricdən alınır. Yerli mallarda qiymət artımı etməsə də, xaricdən gətirilən malları 40 faiz baha satır.
Sahibkarları qiymət artımından əlavə hər gün qapısını döyən hökumət işçiləri narahat edir. Onlar iş görmək üçün şərait yaradılmadığını deyirlər: “Ayın axırı olan kimi vergi işçisi pulun istəyir. Sosial Fond pulun istəyir. Bu təmir sexinə həkim gəlir, sahə müvəkkili gəlir, bəs biz işləyək ki, bu pulu verək, işləməsək necə verəcəyik?! Həmin vəziyyətdir, heç bir dəyişiklik yoxdur. Həkim deyir, məni maraqlandırmır prezident nə deyir. Vergilər Nazirliyinin işçisi deyir, işlədin- işləmədin pulumu ver. Deyir, iş yoxdur, bağla buranı. Bağlanacaq, çox güman bayramdan sonra hər yer bağlanacaq.
Məmurun birindən 5 milyard pul tutub. Onu mənimsəyincə, 2 milyardın 50 faizi 1 milyarddır, versin camaat kreditin bağlasın. 19 milyard rus tutub birindən. Camaatın puludur bunlar, haradan yığılıb? Camaatın pulun daşıyıblar ora-bura özümüzə də qismət olmayıb”- təmir sexinin sahibi deyir.
Nəzarət kamerası da göstərir ki, dükanın kandarından belə keçən yoxdur. Obyekt sahibləri deyir, belə getsə, iş yerlərini bağlayacaqlar. “Belə getsə, üsyan olacaq. Bu cür yaşamaq mümkün deyil. Hamımızın ailəsi var. Gəlir ki, çörək pulu… yoxdur. Çox güman ki, 10 gündən sonra üsyan olacaq”