Belarusla Rusiya qərb sərhədlərində birgə qoşun yerləşdirir

Aleksandr Lukaşenko. Foto: ToskanaINC/shutterstock

Lukaşenko: “NATO Belarusa qarşı təcavüz variantlarını nəzərdən keçirir”

Belarus və Rusiya dövlət başçıları birgə qoşunların regional qruplaşmasının yaradılması və yerləşdirilməsi barədə razılığa gəliblər.

Belarus Prezidenti Alekandr Lukaşenko bildirib ki, bu qrupun əsasının Belarus ordusunun təşkil edəcək.

“İttifaq dövlətinin qərb sərhədlərində eskalasiya ilə əlaqədar biz Rusiya və Belarusun regional hərbi qruplaşmasının yerləşdirilməsi barədə razılığa gəldik. Bütün bunlar bizim sənədlərimizə uyğundur. Əgər təhlükə səviyyəsi indiki səviyyəyə çatarsa, biz İttifaq dövlətinin qruplarını cəlb etməyə başlayırıq”, – deyə Aleksandr Lukaşenko bildirib.

Lukaşenko iddia edib ki, NATO və bir sıra Avropa ölkələri Belarusa qarşı təcavüz variantlarını nəzərdən keçirir.

O, həmçinin deyib ki, Ukrayna ərazisindən Belarusa hücumlar hazırlanır.

Belarus lideri bu bəyanatları Rusiya ordusu Ukraynaya raket hücumu həyata keçirən zaman səsləndirib.

Aleksandr Lukaşenko Ukraynanı Belarusa mümkün zərbə ilə bağlı xəbərdarlıq edib.

O, bu barədə qeyri-rəsmi kanallar vasitəsilə məlumatlar aldığını deyib: “Oktyabrın 9-da qeyri-rəsmi kanallar vasitəsilə Ukrayna ərazisindən Belarusa zərbələr endirilməsi ilə bağlı bizə xəbərdarlıq edilib”.

Ana səhifəDünyaBelarusla Rusiya qərb sərhədlərində birgə qoşun yerləşdirir