Roman Protaseviç

Mənbə: Euroradio

Başlıq: Roman Protaseviç

Belarusda Roman Protaseviçi və Sofya Sapeqanı ev dustaqlığına buraxıblar

Məqalə yeniləndi:  1 İyul 2021

“Novaya qazeta”nın materialı

Minskdə “NEXTA” teleqram-kanalın sabiq baş redaktoru Roman Protaseviçi və onunla birgə saxlanılmış rusiyalı Sofya Sapeqanı ev dustaqlığına buraxıblar. BBC-yə bu barədə Sofyanın atalığı Sergüy Dudiç xəbər verib. “Biz şokdayıq”, – o deyib. Dudiçin sözlərinə görə, hazırda Sapeqa Minskdə kirələdiyi mənzildə yaşayır.

Sofyanın ev həbsinə buraxılması qərarı onun valideynləri üçün gözlənilməz olub.

İyunun 25-də həmçinin məlum olub ki, Protaseviçi də ev həbsinə buraxıblar. O da, atası Dmitrinin dediyinə görə, Sapeqa kimi kirələdiyi mənzildədir. “Bizə Romanın vəziyyəti, onun statusu barədə heç nə demirlər, bu, sadəcə ələ salmaqdır”, – o söyləyib.

Ev həbsi barədə məlumatı “Novaya qazeta”ya vəkil Anton Qaşinski təsdiqləyib.

Sapeqanı mayın 23-də Minsk hava limanında Protaseviçlə birgə saxlayıblar. Bundan sonra İnsan Haqları Şurasının üzvləri Rusiya XİN-nin rəhbəri Sergey Lavrova Rusiya vətəndaşının azadlığa çıxmasında yardımçı olması xahişi ilə müraciət edib.

Qızı iki aylıq həbs ediblər. Sonra hakimiyyətyönlü “Joltıye slivı” teleqram-kanalı Sofyanın “istintaq” videosunu yayıb. O, həmin videoda güc strukturları əməkdaşlarının şəxsi məlumatlarını dərc edən “Çyornaya kniqa Belarusi” teleqram-kanalının (Qomeldə məhkəmə qərarı ilə Belarus Respublikasında ekstremist kanal kimi tanınıb) admini olduğunu “etiraf edib”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  1 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vf9ste

Ən çox baxılan