Belarusda müxalifət liderin oğurlandığı bildirilir

Hadisənin şahidi olan Anastasiya deyib ki, hadisə zamanı siyasətçinin telefonu yerə düşüb və maskalı şəxs onu yerdən götürərək ərazini tərk edib.

Source: Specify Source


Minsk polisi Kolesnikovanın saxlanılma xəbərini təkzib edib

Bir neçə maskalı şəxs bazar ertəsi günü səhər Minskin mərkəzində tanınmış müxalifət lideri Maria Kolesnikovanı tutaraq mikroavtobusla aparıb, – Belarusun “Tut.By” media platformu xəbər verir.

Hadisənin şahidi olan Anastasiya deyib ki, hadisə zamanı siyasətçinin telefonu yerə düşüb və maskalı şəxs onu yerdən götürərək ərazini tərk edib.

Kolesnikovanın müttəfiqləri onun harda olmasını öyrənməyə çalışırlar və qeyd edirlər ki, siyasətçinin komandasının bir neçə üzvü ilə də əlaqə saxlaya bilmirlər, – “Reuters” bildirir.

Minsk polisi Kolesnikovanın saxlanılma xəbərini təkzib edib, – Rusiyanın “İnterfaks” xəbər agentliyi bildirib.

Litva Xarici işlər naziri Linas Linkevişiz Kolesnikovanın başına gələnləri Stalin dövründə polisin gizli davranışlarına bənzədib.

“Xalqla danışmaq yerinə rəhbərlik müxalifəti gülünc bir şəkildə kənarlaşdırmağa çalışır”, – nazir tviter hesabında qeyd edib.

“Oğurluq utancvericidir”,- o əlavə edib.

Müxalifətin koordinasiya şurasının üzvü olan Kolesnikova 9 avqust tarixində keçirilmiş prezident seçkiləri öncəsi Aleksander Lukaşenkoya qarşı güclərini birləşdirən və Belarusda qalmış üç müxalif qadın siyasətçinin sonuncusudur.

Lukaşenkonun sərt tənqidçisi olan Kolesnikova həftələrdir davam edən kütləvi nümayişlərdə mühüm rol oynayıb.

Lukaşenko seçkilərin onun rəhbərliyi altında saxtalaşdırılması iddiasını rədd edir və xarici qüvvələri onu devirməyə çalışmaqda günahlandırır.

Üç Avropa İttifaqı (Aİ) diplomatı “Reuters”-ə bildirib ki, Aİ seçki və sonrakı təzyiqlərə cavab olaraq bu ayın sonunda Daxili işlər naziri də daxil olmaqla 31 yüksək səviyyəli Belarus rəsmisinə qarşı iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşır.

26 illik hakimiyyətinin ən dərin böhranı ilə üzləşən Lukaşenko lazım olduqda ona dəstək olmaq üçün hərbi qüvvə göndərəcəyinə söz verən Rusiya Prezidenti Vladimir Putinin dəstəyinə güvənir.

Kolesnikovanın qaçırılması təsdiqlənərsə, Belarus hakimiyyətinin etirazları dayandırmaq və Lukaşenkonu devirmək üçün sui-qəsd etməkdə günahlandırdıqları müxalifətin koordinasiya şurasının işinə mane olmaq üçün səylərini artırdığı qənaətini gəlmək mümkün olacaqdır.

Bazar günü on minlərlə insan Lukaşenkonun istefasını tələb edərək yenidən nümayişləri davam etdirib. Belarus rəsmiləri təhlükəsizlik qüvvələrinin 633 nümayişçini saxladığını bildirib.

Ana səhifəDünyaBelarusda müxalifət liderin oğurlandığı bildirilir