Kral: “Tolerantlıq və birlikdə yaşamaq əsl Bəhreyn kimliyimizi müəyyənləşdirir”
“Bəhreynin İsrail ilə əlaqələr qurması heç bir quruma və ya gücə qarşı deyil, Yaxın Şərqdə sülh qurmaq məqsədi daşıyır”, – kral Hamad bin İsa Al Khalifa bazar ertəsi günü deyib.
Dövlət xəbər agentliyi BNA-nın yayınladığı məlumata görə, kral Bəhreynin fələstinlilərə və 2002-ci il ərəb sülh təşəbbüsünə dəstək verdiyini vurğulayıb. Müqavilə İsrailin fələstinlilərlə dövlətçilik anlaşması və İsrailin 1967-ci ildə işğal etdiyi ərazilərdən tam geri çəkilməsi qarşılığında əlaqələrin normallaşdırılmasını ehtiva edib.
Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri son zamanlar İsrail ilə əlaqələrini normallaşdıran ilk İsrail dövləti olub. Lakin bu anlaşma İsrailin fələstinlilərlə mübahisəsi həll olunmadan baş verib. “Reuters” xəbər verir ki, bu, Orta Şərq ölkələrinin İrana qarşı yenin strateji addımının bir parçasıdır.
“Razılaşma tam diplomatik münasibətlər qurmağı tələb edir, lakin müqavilədə normallaşma terminindən istifadən yayınılıb”, – “Reuters” əlavə edib.
King Hamad deyib: “Tolerantlıq və birlikdə yaşamaq əsl Bəhreyn kimliyimizi müəyyənləşdirir … Sülh və rifah yolundakı addımlarımız heç bir varlığa və ya gücə qarşı yönəlməyib, əksinə hər kəsin mənafeyinə və yaxşı qonşuluğa yönəlib”.
Bəhreyn bu ayın əvvəlində İsrail ilə anlaşma imzalayıb. Həmin gündən ölkədə küçə etirazları baş qaldırıb.
Bəhreyn 2011-ci ildə Səudiyyə və Əmirliklərin köməyi ilə yatırdığı böyük pro-demokratiya etirazlarına şahidlik edən yeganə Körfəz Ərəb dövləti olub. Sünnilərin idarə etdiyi Bəhreyn Şiə İranı təxribatda günahlandırır. İran ittihamları rədd edir.