BBC İran hökumətindən BMT-yə şikayət edib

“İran rejiminin hərəkətləri insan haqlarının məhdudlaşdırılmasıdır”

Source:
BBC-nin baş ofisi
BBC-nin baş ofisi


“İran rejiminin hərəkətləri insan haqlarının məhdudlaşdırılmasıdır”

BBC BMT-yə İrandakı fars xidmətinin 150 əməkdaşının hesablarının dondurulmasından şikayətlənib.

“İran rejiminin hərəkətləri insan haqlarının məhdudlaşdırılmasıdır”, – BBC-nin oktyabrın 25-də yaydığı açıqlamada belə deyilir.

İran hökuməti BBC-nin işçiləri, keçmiş əməkdaşları, onunla əməkdaşlıq edənlərə qarşı “cinayət təhqiqatı” başladıb.

Həmin şəxslərin İranın “milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərdiyi” iddia olunur.

Təhqiqata məruz qalanlar arasında Avstraliya, Avstriya, Kanada, Fransa, Almaniya, Britaniya, Birləşmiş Ştatlar və İran vətəndaşları da var.

“Bu, jurnalistləri BBC ilə işləməkdən çəkindirməyi hədəfləyən davamlı qısnama və təqib kampaniyası çərçivəsində son addımdır”, – BBC bildirib.

İranın BMT-dəki missiyasından dərhal şərh almaq mümkün olmayıb.

BBC əməkdaşlarının hesablarının dondurulduğu ilk dəfə avqustda məlum olub. Qərarı Tehranın Evin həbsxanasındakı məhkəmə çıxarıb. Qərar saxlananların dekabrın 20-dək İranda nəsə satması, alması, yaxud mülkiyyət miras almasını yasaqlayıb. Həmin tarixədək istintaqın nəticəsi bilinməlidir.

“BBC-nin fars xidmətinin əməkdaşları İrana qayıda bilmirlər, çünki saxlanma, dindirilmə və həbs riskiylə üz-üzədirlər. Fars xidmətinin əməkdaşlarının çoxu illərdir ailələrindən uzaq salınıb və bir çox hallarda ölənədək sevdikləri şəxsləri görə bilməyiblər”, – şikayətdə deyilir.

BBC şikayətini BMT-nin ifadə azadlığı üzrə xüsusi araşdırıcısı David Kayeyə göndərib. O, BMT-nin Nyu Yorkdakı qərargahında jurnalistlərə şikayəti aldığını deyib.

“Son iki gündə hökumətə çox ciddi narahatlığımızı bildirmişik. İran hökumətini BBC-nin fars xidməti əməkdaşlarının və ailə üzvlərinin təqibinə son qoymağa çağırırıq”, –

o söyləyib.

2009-cu ildə İranda mübahisəli prezident seçkisindən sonra BBC-nin fars xidmətinin fəaliyyəti dayandırılıb. Ancaq BBC bir çox iranlının onun radio və televiziya proqramlarını izlədiyini bildirir. BBC həftəyə 18 milyon izləyicini əhatələdiyini qeyd edir.

Ana səhifəXəbərlərBBC İran hökumətindən BMT-yə şikayət edib