Süni qıtlıq yaratma əlamətləri üzrə monitorinq aparılır
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı istehlak bazarında “Tulçinka”, “Westgold”, “French Cow” kərə yağlarının və “Oldenburger” pendirlərinin yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmi saytında məlumat verilib.
Məlumatda bildirilir ki, bununla əlaqədar həmin yağların istehlak bazarında əsas təchizatçısı olan “Komrad” MMC və “Vest Produkt Marketinq” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.