Bazar günü Azərbaycanda 712 adam koronavirusa yoluxub

Son sutkada 8 760, hazırkı dövrədək isə 4 887 165 testin aparıldığı göstərilib.

Mənbə: Meydan TV


"14 xəstə vəfat edib"

Oktyabrın 3-də Azərbaycanda 712 adam COVID-19 infeksiyasına yoluxub, 1813 nəfər sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 14 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 485 987 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 464 611 nəfər müalicə olunaraq sağalıb, 6 573 pasiyent ölüb. Aktiv xəstə sayı 14 803 nəfərdir".

Son sutkada 8 760, hazırkı dövrədək isə 4 887 165 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqBazar günü Azərbaycanda 712 adam koronavirusa yoluxub