“2391 nəfər sağalıb”
Noyabrın 28-də Azərbaycanda 1662 adam COVID-19 infeksiyasına yoluxub, 2391 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 18 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 585 min 783 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 551 min 724 nəfər müalicə olunaraq sağalıb, 7 min 807 pasiyent ölüb. Aktiv xəstə sayı 26 min 252 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 369, bu günə qədər isə 5 milyon 521 min 070 testin icra olunduğu göstərilib.