Bazar ertəsi Azərbaycanda 1245 adam koronavirusa yoluxub

“Analiz nümunələri müsbət çıxan 13 xəstə vəfat edib”

Source: Meydan TV


"Aktiv xəstə sayı 17862 nəfərdir"

Oktyabrın 18-də Azərbaycanda 1245 adam COVID-19 infeksiyasına yoluxub, 409 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 13 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 503 452 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 478 812 nəfər müalicə olunaraq sağalıb, 6 778 pasiyent ölüb. Aktiv xəstə sayı 17862 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 153, ötən müddətdə isə 5 032 555 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqBazar ertəsi Azərbaycanda 1245 adam koronavirusa yoluxub