Baytarlıq İdarəsi haqda materiallar prokurorluğa göndərilib

Sumqayıt Baytarlıq İdarəsinin rəisi işdən çıxarılıb

Source:


Sumqayıt Baytarlıq İdarəsinin rəisi işdən çıxarılıb

Sumqayıt Baytarlıq İdarəsinin rəisi işdən çıxarılıb. Buna səbəb qurban bayramı ərəfəsində idarə barəsində edilən şikayətlərin çoxluğudur.

APA yazır ki, sentyabrın 14-də Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlara dair daxil olmuş şikayətlərlə əlaqədar kollegiya iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə kollegiya iclasını giriş sözü ilə açan kənd təsərrüfatı naziri Heydər Əsədov Qurban bayramı ərəfəsində və bayram günlərində Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində işlədiyini, ət kəsimi məntəqələrində baytarlıq–sanitariya tələblərinə ciddi əməl olunmasına nəzarətin artırıldığını deyib:

“Bununla belə həmin ərəfədə Sumqayıtda fəaliyyət göstərən ət kəsimi məntəqələrinin bir qismində baytarlıq nəzarəti zəif təşkil olunub. Nazirliyə Sumqayıt şəhər Baytarlıq İdarəsinin fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar daxil olub. Həmçinin baytarlıq xidmətlərinin göstərilməsinə görə xidmət haqqının qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtlı-vaxtında mədaxil edilməsində nöqsanlara yol verilib”.

Nazir bildirib ki, ət kəsimi məntəqələrində baytarlıq nəzarətini lazımi səviyyədə təmin etmədiyinə və tabeliyindəki işçilərin işdə yol verdikləri nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görmədiyinə görə Sialə Rüstəmovanın bundan sonra Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisinin vəzifəsini icra etməsi məqsədəuyğun sayılmayıb.

Müddəti başa çatdığı nəzərə alınaraq kollegiyanın qərarına əsasən Sialə Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Sialə Rüstəmova
Sialə Rüstəmova

İdarənin aparıcı baytar həkimi Emil Zinharov tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilib.

İşdə yol verdiyi nöqsanlara görə Sumqayıt şəhər Baytarlıq İdarəsinin 2 saylı Baytarlıq-sanitariya laboratoriyasının direktoru Əkrəm Ağayev tutduğu vəzifədən azad edilib. Həmin Laboratoriyanın laborantı Sədulla Qurbanova isə şiddətli töhmət verilib.

Kollegiya iclasında Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış ilkin materialların Sumqayıt Şəhər Prokurorluğuna göndərilməsi barədə müvafiq qərar qəbul olunub.

Ana səhifəXəbərlərBaytarlıq İdarəsi haqda materiallar prokurorluğa göndərilib