Bayraq rəngində süpürgə ilə bağlı araşdırmalar başlayıb

Foto: Meydan TV

DİN: “İsmayıllı rayonunda bayraq rənglərinin əks olunduğu süpürgənin satıldığı ünvanı müəyyən olunub”

Sosial şəbəkələrdə Azərbaycan bayrağının rənglərinə uyğun boyanmış süpürgə satılması haqda görüntülər yayılıb. Sosial media istifadəçilərinin yazdığına görə həmin süpürgə İsmayıllı rayonundakı mağazalardan birindən alınıb. Amma onun harada istehsal olunduğu, mağazaya gəlib necə çıxdığı məlum deyil.

Daxili İşlər Nazirliyi artıq bu məsələ ilə bağlı araşdırmalara başladıqlarını açıqlayıb. Nazirliyin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar gedir:

“İsmayıllı rayonunda bayraq rənglərinin əks olunduğu süpürgənin satıldığı ünvanı müəyyən olunub”.

Ana səhifəXəbərlərBayraq rəngində süpürgə ilə bağlı araşdırmalar başlayıb