None

Mənbə: 

Bayraq Meydanında nə baş verir?

Dövlət Bayrağı Meydanına texnikalar cəlb olunub. Meydanın üst hissəsi sökülür. Ərazidə olan mühafizəçilər deyirlər ki, Meydan təmir edilir və təmir yekunlaşandan sonra bir ilə yaxındır dalğalanmayan bayraq yerinə asılacaq. Mühafiəzçilər Bayraq Meydanının sökülüb başqa yerə köçürülməsi ilə bağlı fikirlərin düzgün olmadığını deyirlər. Amma həm də çəkilişə icazə vermirlər.

Dövlət Bayrağı Meydanından bildirirlər ki, ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Həsənov məzuniyyətdə olduğuna görə suallara cavab verə bilməyəcək.

Dövlət Bayrağı Meydanın tikintisinə 2007-ci ildə başlanılıb. 3 il davam edən tikintini Amerika şirkətinin hazırladığı layihə ilə Azərbaycanın "Azenko" şirkəti reallaşdırıb. Jurnalist araşdırmaları zamanı “Azenko” şirkətinin prezident ailəsinə bağlılığı üzə çıxıb. Tikintiyə ümumilikdə 30 milyon manat xərclənib. Bunun 20 milyon manatı prezidentin Ehtiyat Fondundan, 10 milyon manatı isə dövlət büdcəsindən ayrılıb.

2017-ci ilin avqusunda sökülən bayraq hələ də yerinə asılmayıb. Rəsmi xəbərə görə bayrağı saxlayan 162 metrlik dayaq küləyə davamlı olmayıb.
Bayraq Meydanı dünyanın ən uca bayraq dirəyi ilə Ginnesin Rekordlar kitabında yalnız bir neçə ay qala bilmişdi. Tacikistan bu rekordu yeniləyənə qədər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hh1q5q

Ən çox baxılan