Bayraq Meydanında dirəyin sökülməsi aşkar olunan nöqsanlarla bağlıdır

Nemət Əliyev: ”Korrupsiya marağı belə səmərəsiz layihələrə rəvac verir”

Source:


Nemət Əliyev: ”Korrupsiya marağı belə səmərəsiz layihələrə rəvac verir”

Baş nazirin müavini Abid Şərifov Bayraq Meydanında bayraq dirəyinin sökülməsinə də aydınlıq gətirilib.

O,

deyib

ki, sökülmə dirəyin küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub:

“Yəqin ki, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib. Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ ilə başqaları məşğul olduğundan sonrakı məsələlər barədə məlumatsızam”.

Bayıl qəsəbəsində yerləşən Dövlət Bayraq Meydanı 2010-cu ilin sentyabrın 1-də açılıb.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır.

20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqram olub.

Abid Şərifov
Abid Şərifov

2009-cu ildə yalnız bayrağın dirəyi 4 milyon manata

başa gəlmişdi

, bundan əlavə meydanın inşasına əvvəlcə 10 milyon manat, daha sonra prezidentin Ehtiyat Fondan yenidən 10 milyon manat ayrıldı. Bayraq Meydanına gedən 3 kilometr yolun salınması üçün 90 milyon manat xərc çəkilmişdi. Yol Bakı-Ələt yolunun çərçivəsində salınmışdı. Bununla bağlı ərazidən əhali də köçürüldü. 2012-ci ildə Nazirlər Kabinetinin sərəcamı ilə yolun tikintisinə əlavə 20 milyon manat da ayrıldı. Nəticədə yolun 1 kilometrinə 36 milyona qədər vəsait xərcləndi. Tikinti Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirirdi.

Ginnes dünya rekordları təşkilatı 2010-cu ildə dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etdi.

Sonradan rekordu Tacikstanda vurdu və aha hündür bayraq dirəyi tikdi.

İqtisadçı Nemət Əliyev Meydan TV-yə bildirib ki, son 15 ildə bu cür səmərəsiz layihələr saysız-hesabsızdır.

O, bunu bərbad idarəetmənin nəticəsi hesab edir:

“Bu cür səmərəsiz layihələr gündəmə gətiriləndə texniki-iqtisadi əsaslandırmalar ortaya qoyulmur. Əgər standartlara uyğun olaraq texniki-iqtisadi əsaslandırmalar tələb olunsa, mütəxəssis fikirlərinə istinad edilsə, indiki biabırçılıq olmazdı. Sadəcə, hansısa yüksək çinli məmurun ağlına fikir gəlir, amma bu ideyanın əsaslansdırılması arxa plana keçirilir”.

Nemət Əliyev
Nemət Əliyev

Onun fikrincə, problem ondadır ki, ideyanı irəli sürənlərin tabeliyində olanlarda da cəsarət olmur.

“Onlar işin hansı səviyyədə əsaslandırılmasını qoymaq əvəzinə yaltaqlıqla məşğul olurlar. Yaxud yüksək çinli dövlət məmurunun ağlı kəsmir ki, milyonlarla vəsait heç olacaq. Halbuki, ümumilikdə ayrılan və xərclənən vəsait hesabına nə qədər təqaüdçünün pensiyasını artırmaq mümkün idi, yaxud xaricə tələbə göndərmək mümkün idi. Təəəsüf ki, dövlət başçısı da bu cür layihələrin lokomotivinə çevrilir, tabeliyində olanlar da onun əmrlərini çox eybəcər şəkildə həyata keçirir. Əlbəttə, bu layihələrin gerçəkləşməsində korrupsiya halları olub, ciddi araşdırma aparılsaydı, həmin ərazidə layihənin gerçəkləşməsinə ehtiyac olmazdı. Amma korrupsiya marağı belə səmərəsiz layihələrə rəvac verir”.

Ana səhifəXəbərlərBayraq Meydanında dirəyin sökülməsi aşkar olunan nöqsanlarla bağlıdır