Bayramda məhbus jurnalisti yaxınları ilə görüşməyə qoymurlar

“Biz onunla həftədə bir dəfə görüşə bilirik. İndi də gələn həftə üçün görüşə hazırlaşıram”

Source:


“Biz onunla həftədə bir dəfə görüşə bilirik. İndi də gələn həftə üçün görüşə hazırlaşıram”

“Bayram olsa da, Xədicə ilə görüşə bilmədik, amma dünən telefonla danışdıq.

Azadlıq Radiosuna araşdırmaçı-jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova bu barədə danışıq.

Elmira İsmayılova deyir ki, telefon söhbətində Xədicə ona vəziyyətinin normal olduğunu söyləyib:

“Bayram olsa da, görüş verilmir. Biz onunla həftədə bir dəfə görüşə bilirik. İndi də gələn həftə üçün görüşə hazırlaşıram”.

Elmira xanım deyir ki, Xədicənin barəsində hökm olsa da o, hələ də Kürdəxanı təcridxanasında saxlanır: “Buna görə də hələlik yalnız ən yaxın ailə üzvləri ilə görüşməyə icazə var”.

Xədicə İsmayıl ötən ilin dekabrında həbs olunub. Bu il sentyabrın 1-də 7 il yarım azadlıqdan məhrum edib.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib.

Jurnalist ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

Ana səhifəXəbərlərBayramda məhbus jurnalisti yaxınları ilə görüşməyə qoymurlar