Bayram tədbirində saxlanılanlar cərimələndilər

Tofiq Yaqublu məhkəmə qərarından apelyasiya şikayəti verəcəyini söyləyib.

Source: Foto: Deko


Dörd nəfər məhkəmə qarşısına çıxarılıb

Abşeron Rayon Məhkəməsi mayın 30-da Milli Şuranın Respublika Günü Novxanıda keçirdiyi bayram tədbirində saxlanılan 8 nəfərdən 4-nün işinə baxıb.

Hakim Şövkət Nəcəfovanın sədrliyi keçirilən prosesdə saxlanılanlar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsilə ittiham olunublar.

Məlumatı Meydan TV-yə müsavatçı Tofiq Yaqublu verib.

T.Yaqublu bildirib ki, özü də daxil olmaqla Mirzə Aydınlı, Bəxtiyar Hüseynov və Şakir Əhmədovun hər biri 300 manat cərimələnib. Digər dörd nəfərin məhkəməsi mayın 31-də olacaq.

Tofiq Yaqublu məhkəmə qərarından apelyasiya şikayəti verəcəyini söyləyib.

Mayın 28-də Milli Şuranın Novxanı kəndində Məmməd Əmin Rəsulzadənən abidəsi önündə keçirilən yürüşdə polislə insdent yaşanıb. Həmin gün 8 nəfər saxlanılmışdı, bu gün rayon polisinin onlar barədə şikayətinə baxılıb.

Ana səhifəXəbərlərBayram tədbirində saxlanılanlar cərimələndilər