Bayram Səfərov: Minsk Qrupu ermənilərin tərəfindədir

Hikmət Hacızadə: ”Bəli, ümumən Minsk Qrupu Azərbaycanın tərəfində deyil, ancaq bunun xristian dünyasına aidiyyatı yoxdur”

Source:


Hikmət Hacızadə: ”Bəli, ümumən Minsk Qrupu Azərbaycanın tərəfində deyil, ancaq bunun xristian dünyasına aidiyyatı yoxdur”

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov hesab edir ki, 25 ildən çox davam edən münaqişənin həll olunmamasının əsas məsuliyyəti həmsədr dövlətlərin üzərindədir.

Bayram Səfərov iddia edir ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan 3 ölkə – Rusiya, ABŞ, Fransa, ümumilikdə bütün xristian dünyası ermənilərin tərəfindədir.

İcma rəhbəri bu barədə APA-ya danışıb.

O, Azərbaycanın qələbəsinin günbəgün artdığını, amma düşmənlərinin də çoxaldığını söyləyib:

“Azərbaycan prezidenti, Azərbaycan ordusu həm müdafiə olunur, həm də hücum edir. Prezidentimiz açıq bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycan xalqı da bir yumruq kimi möhtərəm prezident İlham Əliyevin ətrafında birləşib. Azərbaycan ordusu regionda ən qabaqcıl ordudur. Ali Baş Komandan orduya istənilən qədər vəsait ayrır, ordunu ən müasir silahlarla təmin edir. Ordumuzda xidmət edən bütün əsgərlərimizə diqqət və qayğı göstərilir. Torpaq qorunursa, onun şəhidi də olur”.

Hikmət Hacızadə foto Meydan TV

Bayram Səfərovun söylədiklərini “emosional və hay-küylü ton” adlandıran siyasi icmalçı Hikmət Hacızadə hesab edir ki, problemin həllində əsas maneə Rusiyadır:

“Rusiya Ermənistanı dəstəkləyir, ABŞ və Fransa isə ümumiyyətlə qarışmır. Çünki regiondan uzaqdır, məsələ onlar üçün prioritet deyil, ona görə vəziyyəti Rusiya idarə edir. Ümumən BMT-də, Minsk Qrupunda məsələ konsensusla həll olunmaq imkanı qazanırsa, Moskva  həmin konsessusun yaranmasına imkan vermir, veto qoyur və Bakıya qarşı açıq siyasət yürüdür. Bəli, ümumən Minsk Qrupu Azərbaycanın tərəfində deyil, ancaq bunun xristian dünyasına aidiyyatı yoxdur. Söhbət geopolitik səciyyə daşıyır”.

Ana səhifəXəbərlərBayram Səfərov: Minsk Qrupu ermənilərin tərəfindədir