Bayram Məmmədovla bağlı istintaq yekunlaşdı

Vəkil: “Cinayət işi tezliklə məhkəməyə göndəriləcək”

Source:

Vəkil: “Cinayət işi tezliklə məhkəməyə göndəriləcək”

Oktyabrın 5-də Bayram Məmmədovun barəsindəki cinayət işi üzrə ibtidai istintaqın başa çatması elan olunub. Bu barədə vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində məlumat verib. Vəkillər cinayət işinin materialları ilə tanış olublar. Onun sözlərinə görə, tezliklə cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin Milli Bankın önündə yerləşən parkdakı abidəsinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılandan sonra saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunurlar.

Hər iki gənc onlara Bakı şəhər Baş Polis İdarəsində və Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində işgəncə verildiyini bildiriblər və ittihamları qəbul etmirlər.

Ana səhifəXəbərlərBayram Məmmədovla bağlı istintaq yekunlaşdı