Bayram Məmmədov polislərlə üzləşdirildi

Vəkil: “Şirəli Babayev bildirdi ki, Bayram Məmmədov kimi onu öyrədənləri, müdafiə edənləri “krestit” etmək lazımdır”

Source:


Vəkil: “Şirəli Babayev bildirdi ki, Bayram Məmmədov kimi onu öyrədənləri, müdafiə edənləri “krestit” etmək lazımdır”

Sentyabrın 22-də Bakı İstintaq Təcridxanasında Bayram Məmmədovla polis əməkdaşları Şirəli Babayev, Naib Ömərov, Fərid Babayev və hal şahidi Nizami Səlim oğlu Quliyev üzləşdirilib.

Bu barədə məlumatı vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Bayram Məmmədov ifadəsini ona işgəncə verən şəxslərin üzünə deyib:

“Şirəli Babayev bildirdi ki, Bayram Məmmədov kimi onu öyrədənləri, müdafiə edənləri “krestit” etmək lazımdır. Bununla bağlı mən onun cavabını verəndə və protokolda rəsmiləşdirəndə bizə hücum etməyə cəhd etdi. Təcridxana əməkdaşları onun qarşısını aldılar”.

Mayın 12-də Xətai rayon Məhkəməsi Bayram Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O və digər ictimai fəal Qiyas İbrahimob Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələriylə (əvvəlcədən əlbir olan bir qrup şəxsin satış məqsədiylə külli miqdarda narkotik vasitəni saxlama və gəzdirmə) ittiham olunurlar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovun üzərindən 2,904 qram, evindən 1 kiloqram 150 qram, Q.İbrahimovun üzərindən 2,607 qram, yaşadığı mənzildən isə 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.

Hər iki gənc fəalın sabiq prezident Heydər Əliyevin abidəsi ətrafında yazılan şüarlara görə saxlanıldığı ehtimal edilir.

Mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın önündəki heykəlinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılıb.

Bayram Məmmədov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılarkən işgəncələrə məruz qaldığını deyir.

Ana səhifəXəbərlərBayram Məmmədov polislərlə üzləşdirildi