Bayram Məmmədov Cəzaçəkmə Müəssisəsinə köçürüldü

13 saylı müəssisədə NİDA-çılar İlkin Rüstəmzadə və Əbdül Əbdülov saxlanılırlar

Source:


13 saylı müəssisədə NİDA-çılar İlkin Rüstəmzadə və Əbdül Əbdülov saxlanılırlar

2016-cı ilin dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum olunan gənc fəal Bayram Məmmədov fevralın 19-da 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Bu barədə vəkil Elçin Sadıqov “Facebook” səhifəsində məlumat paylaşıb.

Vəkil bildirib ki, həmin müəssisədə NİDA-çılar İlkin Rüstəmzadə və Əbdül Əbdülov saxlanılırlar.

Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı ilun mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra saxlanılıblar. Onlar narkotik vasitələrin dövriyyəsində ittiham olunurlar. Lakin təqsirləndirilən şəxslərin heç biri ittihamı qəbul etmir. Onlar şərlənərək həbs olunduqlarını, istintaq zamanı təzyiqə məruz qaldıqlarını bildirirlər.

Onların hər ikisi 10 il azadlıqdan məhrum olunub.

Beynəlxalq Amnistiya Təşkilatı gəncləri “vicdan məhbusu” elan edib.

Ana səhifəXəbərlərBayram Məmmədov Cəzaçəkmə Müəssisəsinə köçürüldü