Bayram Məmmədov aclıq aksiyasına başlayıb (yenilənib)

Bayram Məmmədov və Qiyas İbrahimovun həbsin ev dustaqligi və ya girovla əvəz edilməsinə dair vəsatətinə baxılacaq

Source:


Bayram Məmmədov və Qiyas İbrahimovun həbsin ev dustaqligi və ya girovla əvəz edilməsinə dair vəsatətinə baxılacaq

——————————————————————————


Vəkil Elçin Sadıqov məhkəmə iclası barədə öz Facebok səhifəsində məlumatı paylaşıb.


İbrahimov Qiyas Həsən oğlunun və Məmmədov Bayram Fərman oğlunun barəsində olan həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətlər təmin edilmədi (hakim Bəxtiyar Məmmədov).


Bu qərarları əsassız hesab edirik və apellyasiya şikayəti verəcəyik.


Bayram Məmmədov bildirdi ki, dünəndən Bakı Apellyasiya Məhkəməsinin qanunsuz qərarına və Ombudsmanın işgəncəni gizlədən bəyanatına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Mayın 20-də saat 14.00-da Xətai Rayon Məhkəməsində Bəxtiyar Məmmədovun sədrliyi ilə Bayram Məmmədov və Qiyas İbrahimovun həbsin ev dustaqligi və ya girovla əvəz edilməsinə dair vəsatətinə baxılacaq.

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da həbs olunub və onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satmaq məqsədiylə külli miqdarda narkotik maddə saxlama və gəzdirmə) maddələrilə ittiham irəli sürülüb. Mayın 12-də isə Xətai Rayon Məhkəməsi hər iki gənc haqda həbsqəti imkan tədbiri seçən hökm çıxarıb.

Ana səhifəXəbərlərBayram Məmmədov aclıq aksiyasına başlayıb (yenilənib)