Bayram günlərində yol qəzalarında 9 nəfər ölüb

25 yol qəzasından 10-nu Bakıda qeydə alınıb

Source:


25 yol qəzasından 10-nu Bakıda qeydə alınıb

Bayram günlərində baş verən yol qəzalarının statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Kamran Əliyevin

APA

-ya verdiyi məlumata görə, martın 20-dən 23-ə qədər ölkə ərazisində 25 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

K. Əliyev baş verən yol nəqliyyat hadisələrindən 10-nun Bakıda qeydə alındığını bildirib. Paytaxtda baş verən qəzalarda 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Ana səhifəXəbərlərBayram günlərində yol qəzalarında 9 nəfər ölüb