Bayram günləri müəyyənləşdi

Qurban bayramı sentyabrın 12-də və 13-də qeyd ediləcək. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə tövsiyələrini açıqlayıb.
Məlumatı QMİ mətbuat xidməti yayıb.

Foto: arxiv
Qurban bayramı
Qurban bayramı


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə tövsiyələrini açıqlayıb. Məlumatı QMİ mətbuat xidməti yayıb.

Tövsiyələrdə qeyd edilir ki, kəsiləcək heyvanın ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. Üstəlik, heyvan sağlam və kök olmalıdır. Qurban qoyun, keçi, öküz-inək və dəvə ola bilər. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalıdır. Öküz, inək bir və ya iki ildən artıq, dəvə isə beş yaşına çatmalıdır.

Tövsiyələrdə vurğulanır ki, adamların cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib. Bu zaman bölgü aparanda, həmin şəriklər biri-birinə halallıq verməlidir.


Qurban əti necə paylanmalıdır?

Tövsiyələrdə kəsiləcək heyvanın paylanma qaydası da öz əksini tapıb. Açıqlamada vurğulanır ki, kəsiləcək heyvan, əsasən, üç hissəyə bölünməlidir: «Bir hissəni qurban sahibi özünə götürə bilər. Digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır».

Azərbaycanda bu il Qurban bayramı sentyabrın 12-də və 13-də qeyd ediləcək. Bayram namazı sentyabrın 12-də qılınacaq.

QMİ tövsiyə edir ki, bu müqəddəs bayramda heyvanlar baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə kəsilsin. Həmçinin, qurbanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil.

Ana səhifəXəbərlərBayram günləri müəyyənləşdi