Avropa Oyunlarına hazırlıq mərhələsində Bayıl qəsəbəsində abadlıq işləri aparan işçilər 4 aylıq maaşlarını ala bilmədiklərindən şikayətlənirlər. Ümumilikdə 540 nəfər fəhləsi olan briqadirlər deyir ki, abadlıq işlərini aparan “Azimport” MMC onlara 480 min manat əmək haqqı ödəməlidir.
Briqadirlər deyir ki , “Azimport” MMC-nin rəhbəri Azər Əsgərov onları qəbul etsə də, pullarını nə vaxt verəcəyini deməyib.
İşçilər iyunun 23-də yenidən “Azimport” MMC-nin ofisinə gediblər. Qurumdan onları qəbul etməyiblər. Bir müddət sonra şirkətin sözcüsü işçilərə yaxınlaşaraq,pullarını SOCAR-ın “Azimport”a ödəniş etməsindən sonra ala biləcəklərini deyib.
SOCAR-ın sözcüsü “Azimport” şirkətinin məlum ərazidə abadlıq işlərini aparmaq üçün qurumun tenderini udduğunu bildirir. Amma onu da deyir ki, qurum 4 ay ərzində şirkətin pulunu ödəyib. Fəhlələrin pulunun verilməməsi SOCAR-ın məsuliyyəti deyil.
İşçilər isə vəziyyətlərini prezidentin görəcəyinə ümid edirlər.