Bayıl sakinlərinə evlərini müvəqqəti boşaltmaları təklif edilib

Sürüşmə ilə bağlı xüsusi qərərgah yaradılıb

Source:
foto APA
foto APA


Sürüşmə ilə bağlı xüsusi qərərgah yaradılıb

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb.

Qərargah yanvarın 24-də iclas keçirib.

İclasdan sonra Səbail Rayon İcra Hakimiyyəti və polis idarəsinin əməkdaşları ərazidə yaşayan sakinlərlə görüşüblər.

Təhlükəsizlik baxımından onlara evlərini müvəqqəti tərk etmələri, qohum və yaxınlarının evlərinə köçmələri təklif olunub.

Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb.

Ərazi polis nəzarətinə götürülüb.

Sürüşmə sahəsi Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar

yaranıb

.

Ana səhifəXəbərlərBayıl sakinlərinə evlərini müvəqqəti boşaltmaları təklif edilib