“Baydenin qələbəsi ABŞ-Meksika əlaqələrinə müsbət təsir edəcək”

“Qalib gəlsə Bayden Lopez Obradorun Meksikanın enerji sektorundakı özəl şirkətləri sıxışdırmaq cəhdlərinin qarşısını alacaq”

Source: google.az


“Reuters” ABŞ-dakı seçkilərlə bağlı analiz yazıb

“ABŞ seçkilərində Co Baydenin (Joe Biden) qələbəsi Meksika ilə sərhəddəki gərginliyi azaldaraq işgüzar maraqlara diqqəti artıracaq”, – “Reuters” xəbər verir.

Noyabrın 3-də keçiriləcək seçkilərdə Bayden Prezident Donald Trampı yerindən qaldıra bilər. Tramp prezident olduqdan sonra iki ölkə arasında münasibətlər gərginləşib. O, 2015-16-cı il prezident seçkiləri ərəfəsində meksikalı miqrantları təcavüzkar və narkotik qaçaqmalçıları olaraq təsvir etmişdi.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador 2018-ci ildən ölkə rəhbəridir və bu müddət ərzində Trampla asan olmayan ittifaq quraraq ikincinin illeqal miqrantları ABŞ-dan uzaq tutmaqla bağlı tələbini yerinə yetirərək, Meksikada biznes üzərində daha rahat ixtiyara sahib olub.

“Qalib gəlsə Bayden Lopez Obradorun Meksikanın enerji sektorundakı özəl şirkətləri sıxışdırmaq cəhdlərinin qarşısını alacaq. Bununla yanaşı o, ABŞ həmkarlar ittifaqlarının prioritetliyini təmin etmək və ABŞ işçi qüvvəsinin xariciləşməsinin qarşısını almaq üçün əmək qanunlarını gücləndirməyə çalışacaq. Bu, asan başa gəlməyəcək və Bayden siyasi və korporativ təzyiqlərlə qarşılaşacaq”, – deyə “Reuters” analizində bildirib.

“Düşünürəm ki, Bayden Meksikaya enerji və ya hər hansı başqa müqavilədə qanunun aliliyinə riayət etməmizi söyləyə biləcək”,- ABŞ-Meksika Parlamentlərarası Qrupuna rəhbərlik edən demokratik konqresmen Henry Cuellar deyib.

Trampın 1994-cü il Şimali Amerika Sərbəst Ticarət Sazişini (NAFTA) dağıtmasını dayandırmağa çalışan Meksikanın sadiq müttəfiqi Cuellar Baydenin ortaq razılaşmalara sadiq qalacağını deyib və bildirib ki, prezident olacağı təqdirdə Bayden Meksika hökuməti ilə daha aktiv şəkildə kommunikasiya qura biləcək.

İş adamları da inanırlar ki, Bayden Trampa nisbətən qanunun aliliyinə sadiq olacaq. Trampın ABŞ məhkəmələri ilə qarşıdurmaları Lopez Obradorun ölkə daxilində hakimiyyətinə nəzarət sistemini alt-üst etmə cəhdlərinə bənzədilir.

Miqrasiya üçün daha “insani” yanaşma təklif edən Bayden 2014-cü ildə Barak Obamanın vitse-prezidenti olaraq Orta Amerika iqtisadiyyatını yüksəltmək üçün böyük infrastruktur planına rəhbərlik etdiyi kimi, önümüzdəki illərdə də əsas mübarizə hədəfinin yoxsulluq və şiddətlə mübarizə aparmaq olacağını deyib.

Bunda öncə Tramp miqrantları dayandırmadığı təqdirdə Meksikanı ticarət tarifləri ilə vuracağını demişdi.

Meksika hökuməti də bilir ki, Bayden də Qvatemala üzərindən Meksikadan ABŞ-a keçən miqrant axını ilə qarşılaşmaq istəməyəcək.

“(Meksika) Baydenin vəzifəyə başladığı gün milli qvardiyasını cənub sərhədindən geri çəkməyəcək”, – Meksika rəsmisi “Reuters”ə demokratların seçkilərdə qalib gələcəyinə ümid etdiyini bildirib.

Ana səhifəDünya“Baydenin qələbəsi ABŞ-Meksika əlaqələrinə müsbət təsir edəcək”