Bayden: Rusiya Ukraynaya genişmiqyaslı işğalı ilə bağlı bəyan edilmiş məqsədlərinə nail ola bilməyəcək

Co Bayden, Mənbə: lev radin/shutterstock

“Dünyanın qalan hissəsinin oturub, “Bu, sadəcə, Avropanın problemidir”,- deməsi fikri doğru deyil”

ABŞ Prezidenti Co Bayden hesab edir ki, Rusiya bundan sonra Ukraynaya genişmiqyaslı işğalı ilə bağlı bəyan edilmiş məqsədlərinə nail ola bilməyəcək.

Bayden Kemp Deviddə Yaponiya və Cənubi Koreya liderləri ilə keçirdiyi mətbuat konfransında belə deyib.

ABŞ Prezidenti Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin ciddiliyini vurğulıb.

“Dünyanın qalan hissəsinin oturub, “Bu, sadəcə, Avropanın problemidir”,- deməsi fikri doğru deyil. İkinci Dünya Müharibəsindən bəri belə bir işğal olmayıb”, – Bayden deyib.

O, hazırda G7-yə sədrlik edən Yaponiyaya Ukraynaya dəstək, xüsusən də maliyyə və humanitar yardım baxımından liderliyinə görə təşəkkür edib.

“Rusiya artıq uduzub. O, bəyan etdiyi ilkin məqsədinə nail ola bilmir. Bu, mümkün deyil”, – Amerika Prezidenti bildirib.

İyulda ABŞ dövlət katibi Entoni Blinken də açıqlamasında Rusiyanın Ukraynada“artıq müharibəni uduzduğunu demişdi.

Rusiya Ukraynada hərbi əməliyyatlara 2022-ci ilin fevralın 24-də başlayıb.

Ana səhifəDünyaBayden: Rusiya Ukraynaya genişmiqyaslı işğalı ilə bağlı bəyan edilmiş məqsədlərinə nail ola bilməyəcək