ABŞ Azərbaycana dövlət yardımının verilməsinə icazə verib
Aprelin 29-da ABŞ Azərbaycana birbaşa yardımına icazə vermək üçün Azadlığa Dəstək Aktına 907-ci düzəlişə tətbiq edilən qadağanı uzadıb.
"Turan" yazır ki, bu qərar ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə söhbətindən bir gün sonra qəbul edilib.
Agentlik bidirib ki, martda Entoni Blinken Vaşinqtonun "2021-ci il üçün xarici əməliyyatlar və proqramlar haqqında qanun" çərçivəsində Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan üçün maliyyə vəsaiti ayırmasına imkan verən sənəd imzalayıb.
"Bu qərar çərçivəsində vəsait Birləşmiş Ştatların milli təhlükəsizlik maraqları naminə verilir", – deyə Blinken öz qərarına aydınlıq gətirib.
ABŞ-ın dövlət katibi Entoni Blinken aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla
danışıb
.
Tərəflər ikitərəfli tərəfdaşlığın davamlı əhəmiyyətini vurğulayıb və bir sıra məsələləri müzakirə ediblər.