”Bayaq Hacıbala müəllim başqa cür danışdı, indi başqa cür”

Vətəndaşlar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbuluna düşsünlər deyə saatlardı onu gözləyirlər. Şikayətçilərdən biri yarızarafat-yarıciddi deyir: “Gör, necə acınacaqlı vəziyyətə düşmüşük, necə yerdə yaşayırıq ki, çöldə yavan çörək yeyirik”. Onlar günlərdi qəbula düşmək üçün icra hakimiyyətinin qarşısında dayandıqlarından vaxt edib nahara da getmirlər. Şikayətçilər Hacıbala müəllimin yolunu gözləyirlər. Nəhayət, gözlənti nəticə verdi və Hacıbala Abutalıbov iş yerinə gəlib çıxdı.


“Gecə evində yata bilmir. Körpəsin götürün qohumun,qonşunun evində yatırlar ki, bina çökəcək”


“1987-ci ildən həmin binanın sakinləriyik. Neft şirkətinin nəzdnində olan tikinti şirkətinin tabeçiliyində bizə müvəqqəti sığınacaq kimi vermişdilər. Ev növbəsində idik. Müvafik fərmanlara görə iş yeri dayandırıldıqdan sonra ev növbələri verildi icra hakimiyyətinə. Biz həmin vaxtdan 32 ildir ev növbəsindəyik. Bizim səsimiz niyə prezidentə çatmır? Çünkü gedirik, aşağıdan necə lazımdır qapıları üzümüzə bağlayırlar”.

Nizami rayonu, Babək prospekti 87 ünvanındakı 1 nömrəli yataqxanada yaşayan şikayətçilər deyirlər ki, bina qəzalı vəziyyətdədir. Ona görə də məcbur olub kirayələrdə qalırlar. Sakinlərin istəyi odur ki, ya bina təmir edilsin, ya da onlar başqa yerə köçürülsünlər.

Bir neçə saatlıq danışıqlardan sonra isə məlum oldu ki, şikayətçilərin qane olmadığı təkliflər verilib.

İcra hakimiyyətindən şikayətçilərə bildirilib ki, razılıq yolu ilə 20 kvadratmetr sahə pulsuz verilir, artıq neçə kv.metr tələb edilərsə, onun pulu ödənməlidir. 1 kv metr isə 1000 manatdır. Şikayətçilərsə o pulu ödəməyə imkanlarının olmadığını deyirlər.


“Nə bilim bala. Bayaq Hacıbala müəllim başqa cür danışdı, indi başqa cür. Bayaq danışırdılar ki, bir otaqla sizi təmin edəcəklər, indi isə deyir ki, neçə kvadrtardırsa otağınız o sizə veriləcək, qalan nə qədər istəsəniz onu ödəyin sizə verilsin. Həmin otaq veriləcəksə mən orada otururam daha mən niyə çıxım? Mənim pulum var? İş yerim yox, Çörək pulu tapa bilmirəm. Mən o pulu hardan ödəyim?”

Ana səhifəVideo”Bayaq Hacıbala müəllim başqa cür danışdı, indi başqa cür”