“Fotolarda dövlət başçısının ünvanına işlədilən qəbuledilməz ifadə tapmadım, siz tapsanız, mənimlə də paylaşın lütfən…”
Araşdırmaçı jurnalist Aynur İmranova öz Facebook səhifəsində bir həftədir mübahisə predmetinə çevrilən Batumi Forumu haqqında foto-faktlar paylaşıb. Aynur İmranova forumun iştirakçısı başda Vüqar Bayramov olmaqla “People in Need” təşkilatını tədbirdə Azərbaycanda insan haqlarının pozulmasıyla bağlı təşkil etdikləri stendlərə görə ermənipərəst adlandırmasına etiraz edib.
Aynur İmranova hesab edir ki, əldə etdiyi fotoların altından təhqiramiz ifadələr yer almayıb:
“Hörmətli Vuqar Bayramov dünən onu tənqid edənlərin birinə cavab olaraq bildirmişdi ki, o stendlərdə dövlət başçısı haqqında qəbuledilməz ifadələr yazlıbmış, ona görə boykot edilib. Mən həmin stendəki əks olunan görüntüləri aldım, sizinlə də paylaşıram. Burda dövlət başçısının ünvanına işlədilən qəbuledilməz ifadə tapmadım, siz tapsanız, mənimlə də paylaşın lütfən…”