Başqan müavini həbsxanaya qaytarılıb

Source:

Qızı Nərgiz Yaqublunun yas mərasimində iştirak etməsi üçün müvəqqəti azadlığa buraxılan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu mayın 1-də həbsxanaya qaytarılıb.

Partiya başqanının müavini Elman Fəttah “Report”a açıqlamasında deyib ki, Tofiq Yaqubluya verilən yeddi günlük azadlıq müddəti mayın 1-də bitib: “Müddət tamam olduğundan onu həbsxanaya yola saldıq”.

Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu bir neçə gün öncə Rusiyanın Tomsk şəhərində xəstəxanaların birində dünyasını dəyişib. O, Bakının Qaraçuxur qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

T.Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən hadisələr zamanı həbs olunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərBaşqan müavini həbsxanaya qaytarılıb