“4 saata yaxın gözlətdikdən sonra görüşün mümkün olmayacağını söylədilər”
REAL İdarə Heyətinin üzvləri Rövşən Ağayev, Erkin Qədirli və Natiq Cəfərli həbsdə olan sədrləri İlqar Məmmədovla görüşə bilməyiblər.
Bu barədə Natiq Cəfərli Meydan TV-yə deyib ki, bu, növbəli və qanuni görüş günü idi: “Həmişə görüşə ailəsi gedirdi, bu dəfə biz getdik. Qanunvericilikdə tam nəzərdə tutulub, amma apardığımız ərzağı isə qəbul etdilər”.
Natiq Cəfərli onlara görüşün mümkün olmaması barədə qısa izahat veriblər: “Sonda dedilər ki, yalnız ailəsi İlqar Məmmədovla görüşə bilər. Ancaq qanunvericilikdə belə şey yoxdur, istintaq altında olsaydı başqa məsələ, yəni Kürdəxanıda saxlanıldığı zaman. Həm də biz orda olanda başqalarına görüş verildiyini görürdük. Çox güman ki, bu münasibət İlqar Məmmədova qarşı yönəlib. Əgər görüş baş tutsaydı, bu İlqar bəyin əhval-ruhiyyəsinə daha yaxşı təsir edərdi, çünki uzun müddətdir təmasımız yoxdur. İstəyirdik ki, hərtərəfli müzakirələr aparaq, ancaq imkan vermədilər. Ona görə baş verənləri İlqar Məmmədova növbəti təzyiq hesab edirik”.