Baş tutmayan deportasiya

Baş tutmayan deportasiyadan sonra müdafiə tərəfi Abbasovun hüquqlarının pozulması barədə bəyanat verib

Source: Meydan.TV

Fuad Abbasov aclığa davam edir

Baş tutmayan deportasiyadan sonra müdafiə tərəfi Abbasovun hüquqlarının pozulması barədə bəyanat verib

Rusiya tərəfi Fuad Abbasovun Azərbaycana deportasiyasının ləngiməsi ilə bağlı izahat verməyib, jurnalist aclığa davam edir, – vəkili bəyan edib. Abbasovun fəaliyyəti həm Rusiya hakimiyyəti, həm də rəsmi Bakı üçün arzuedilməz ola bilərdi, – azərbaycanlı ekspertlər hesab edirlər.

“Kavkazski uzel”in yazdığına görə, İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov miqrasiya qanunvericiliyini pozması ittihamı ilə mayın 16-da Moskvada saxlanılıb. Abbasov saxlanılarkən döyülüb, -vəkil Elman Piriyev bəyan edib. Azərbaycanda Rusiyanın səfirliyi qarşısında jurnalistin ekstradisiyasına qarşı aksiyalar keçirilib. İyunun 6-da Moskva vilayət məhkəməsi Fuad Abbasovun şikayətini rədd edərək, məhkəmənin deportasiya haqqında çıxardığı qərarı qüvvədə saxlayıb.

İyunun 7-də Fuad Abbasovun vəkili Teyyub Şərifov bəyan edib ki, müdafiə etdiyi şəxs Rusiyadan çıxarılacaq. Azərbaycanlı jurnalist elə həmin gün deportasiya edilmək əvəzinə Moskva ətrafındakı Xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzinə aparılıb. Abbasov bunu əsassız şəkildə azadlıqdan məhrum edilmə kimi qiymətləndirib və aclıq elan edib. “Avropa-Asiya” Moskva Vəkillər kollegiyasının sədri Teyyub Şərifov Moskva vilayətinin Korolyov şəhərindəki Xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanılan Fuad Abbasova iyunun 10-da baş çəkib.

“Fuad Abbasov etiraz əlaməti olaraq aclığı davam etdirir. O çox arıqlayıb və özünü yaxşı hiss etmir. Səlahiyyətli orqanlar hələ ki heç bir aydın izah, ya da iddia irəli sürməyib. Abbasov hava limanına aparılarkən, – ordan da o, deportasiya haqda qərara uyğun olaraq Bakıya uçmalı idi, – maşını geri sürdüklərini və onu mərkəzə yerləşdirdiklərini anlaya bilmirik”, – vəkil iyunun 11-də “Kavkazski uzel”in müxbirinə söyləyib.

Şərifov həmçinin bir gün əvvəl Rusiyanın insan haqları üzrə müvəkkilinin onlayn-qəbuluna şikayət göndərib. O qeyd edib ki, Abbasovun hüquqlarının pozulması ilə bağlı Rusiyanın Ali Məhkəməsinə şikayət veriləcək: “Lazım gələrsə, Azərbaycan İnsan Haqları Məhkəməsinə həmçinin”.

“Abbasovun oturum hüququ ona 2023-cü ilədək Rusiya ərazisində olmasına imkan verirdi. Lakin Fuadın oturum hüququnu ləğv ediblər, özünə isə bununla bağlı xəbər verməyiblər. Deportasiya haqqında qərar qəbul olunanda və Abbasov ölkəni tərk edəndə onu heç bir izah vermədən saxlayıblar. Vəkillik fəaliyyətim boyu belə bir şeylə rastlaşmamışam”, – vəkil deyib. Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşları Fuad Abbasovla əlaqə saxlayırlar. “Jurnalist Fuad Abbasovla baş tutmayan deportasiyası və onun Moskva vilayətinin Korolyov şəhərindəki Xarici vətəndaşların müvəqqəti saxlama mərkəzinə qayıtması ilə bağlı xəbər veririk ki, konsulluq şöbəsinin əməkdaşları hər gün onunla əlaqə saxlayırlar”– diplomatik missiya iyunun 11-də öz saytında yazıb.

Səfirliyin Rusiya XİN-ə nota, “həmçinin müvafiq dövlət strukturlarına məktub” göndərməsi də qeyd olunur. “Səfirliyə Rusiya tərəfinin cavabı gələn kimi KİV bu barədə əlavə olaraq məlumatlandırılacaq”, – diplomatik missiyada deyiblər.

Azərbaycanlı jurnalistin hüquqları kobud şəkildə pozulub, ictimai qrupun rəhbəri, azərbaycanlı aktivist Ramin Hacılı Rusiyada saxlanılan Fuad Abbasovun müdafiəsi ilə bağlı bəyanat verib. “Bir neçə gün dalbadal Bakıda Rusiya səfirliyinin qarşısında Fuad Abbasovun hüquqlarının təminatı tələbi ilə etiraz aksiyaları keçirmişlik. Bizi inandırıblar ki, məsələ RF qanunları və beynəlxalq hüquq normalarına müvafiq çözüləcək. Nəticədə isə orqanlar əsassız olaraq deportasiya qərarı çıxarıb, hərçənd bu proses də ləngiyir. Əgər o orda (Rusiyada) bu qədər arzuolunmazdırsa, qoy adamı vətəninə buraxsınlar”, – Hacılı “Kavkazski uzel”in müxbirinə deyib. Onun fikrincə, Azərbaycanın dövlət orqanları Abbasovun azad edilməsi üçün müntəzəm işlər görür. “Amma Azərbaycan hökuməti belə hallarda artıq ajiotajdan və aşkar münasibət bildirməkdən qaçır. Bu isə yalnız ziyan edə bilər, üstəlik söhbət Rusiya kimi dövlətdən gedirsə,”– o əlavə edib. Fuad Abbasovun fəal ictimai fəaliyyəti Rusiyada Azərbaycan diasporasının bəzi nümayəndələrinin xoşuna gəlməyə bilərdi, Reportyorların azadlığı və təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov hesab edir.

“O daha çox federal telekanallarda yayınlanan tok-şoularda iştirakı ilə məşhur idi. Bundan sonra onu Rusiyada yaşayan azərbacanlılar da tanıdı. Beləcə, ictimai fəaliyyətlə məşğul olmağa başladı. Fuad Abbasov azərbaycanlıların problemlərindən danışırdı, hətta onların partiyalarının yaranması ilə bağlı anons vermişdi. Bütün bunlar, sözsüz ki, azərbaycanlıların diaspora təşkilatlarının xoşuna gəlmirdi”, – Hüseynov “Kavkazski uzel”in müxbirinə söyləyib.

O, Abbasovun fəaliyyətinin rəsmi Bakının xoşuna gəlməyə biləcəyini istisna etməyib.

“Azərbaycan hakimiyyəti diaspora üzərində nəzarətdə özü maraqlıdır. ÜAK-ın (“Ümumrusiya Azərbaycan konqresi”, – “Kavkazski uzel”in qeydi) qeydiyyatı ləğv ediləndən sonra yeni diaspora təşkilatının yaradılması prosesi gedir və bu prosesə akademik Fazil Qurbanov rəhbərlik edir. O, artıq Fuad Abbasovun liderlik ambisiyalarını pisləyib”, – ekspert qeyd edib.

2017-ci il mayın 15-də Ali Məhkəmə Rusiya Ədliyyə Nazirliyinin “Ümumrusiya Azərbaycan konqresi”nin (ÜAK) ləğv edilməsi ilə bağlı tələbini təmin edib. Belə ki, bu təşkilatın nizamnaməsi Rusiya qanunvericiliyinə uyğun olmayıb. 2017-ci il noyabrın sonunda Rusiya Ali Məhkəməsi “Ümumrusiya Azərbaycan konqresi”nin məlum qərarın ləğv edilməsi ilə bağlı kassasiya şikayətini rədd edib. Rusiya bölgələrindəki azərbaycanlı icmaların rəhbərləri ləğv olunmuş təşkilatın prezidenti Fazil Qurbanova yeni diaspora təşkilatı yaradıb ona rəhbərlik etməsi təklifi ilə müraciət edib. “Ümumrusiya Azərbaycan konqresi” Azərbaycanın sabiq rəhbəri Heydər Əliyevin və Rusiyanın prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılıb. Təşkilat Rusiyada Azərbaycan diasporasını birləşdirib.

O hesab edir ki, Abbasovun işində Azərbaycanın və Rusiyanın dövlət oraqanlarının maraqları üst-üstə düşə bilər. “Əhalini “yerindən oynadan” ictimai xadim, üstəlik RF vətəndaşı olmayan xarici Rusiya hakimiyyətinin də ürəyincə deyil. Fuad Abbasov həm Bakının təsiri altında olan diaspora strukturlarına, həm də Rusiyanın özündə nəzarət altındakı dövlət orqanlarına yəqin ki mane olmağa başlayıb”, – Hüseynov deyib.

RATİ jurnalistin işini diqqətlə izləyir və hesab edir ki, “beynəlxalq hüquqların normalarının və Avropa insan haqları konvensiyasının müddəalarının kobud şəkildə pozulması baş verib”, – Emin Hüseynov qeyd edib. Onun dediyinə görə, Azərbaycanda Fuad Abbasovun işinə münasibəti eyni zamanda “indifferent” (laqeyd – tərc.) kimi xarakterizə etmək olar.

“Fuad Abbasov Azərbaycanda o qədər də məşhur deyil. Bir sıra aktivist onun müdafiə məqsədi ilə RF səfirliyinin qarşısında aksiyalar keçirib, lakin üçüncü dəfə onları polis saxlayıb. Hakimiyyət ictimai fikri manipulyasiya edir. Abbasovun işi sanki iqnor edilmir və bir sıra hakimiyyətyönlü KİV onun haqqında məlumatlar verir, amma eyni zamanda hakimiyyətyönlü KİV onu qanunu pozan birisi kimi təqdim edir. Telekanllar isə onun işini işıqlandırmır”, – Hüseynov deyib. O ehtimal edib ki, “Abbasova qarşı kobud münasibət nümayişkaranə ola bilər, qoy digər xaricilər irəlidə diasporada aktiv ictimai fəaliyyətə cürət etməsinlər”.

Fuad Abbasovun ağlabatan təhlükə mənbələri “Moskvada yerləşən iki Azərbaycan təşkilatıdır. Belə ki o bu təşkilatları fəaliyyətsizlikdə və korrupsiyada günahlandırıb”, “Kavkazski uzel”in blogeri “Abşeron küləyi” mayın 21-də “Fuad həddən artıq fəal olduğu üçün cəzalandırlıb. Bircə sifarişçini öyrənmək qalır” adlı postunda yazıb Media haqları sahəsində ekspert, Vətəndaş cəmiyyəti platformasının üzvü Ələsgər Məmmədli də Fuad Abbasovun hüquqlarının kobud şəkildə pozulmasını bəyan edib.

“Fuad Abbasova qarşı qərəzli münasibət aşkardır. Onu xəbərdarlıq edilmədən oturum hüququndan məhrum edirlər, fiziki zorakılığa məruz qoyurlar, məhkəmənin deportasiya haqqında çıxardığı qərarı pozaraq yenidən həbs edirlər”, – Məmmədli “Kavkazski uzel”in müxbirinə söyləyib.

O hesab edir ki, Abbasov faktiki olaraq beynəlxalq hüquqi müdafiədən məhrum olub. “Fuad Abasov Rusiyaya Türkiyə KİV-in müxbiri kimi gəlib. Son zamanlar Fuad Abbasovun Rusiyadakı Azərbaycan diasporası arasında fəal ictimai fəaliyyəti rəsmi Bakının o qədər də ürəyincə deyildi və bu hakimiyyətyönlü KİV-in materiallarında sezilirdi. İndi, sözsüz ki, rəsmi konsulluq xidməti onunla əlaqə qurur, lakin yüksək siyasi səviyyədə dəstəkdən söhbət belə gedə bilməz”, – Məmmədli deyib.

Fevralın 15-nə keçən gecə Moskvanın 1-ci Kuryanov küçəsindəki “Neolit” kafesinin yanında dava baş verib. Şahidlərin dediyinə görə, davada 50-100 adam iştirak edib, bir tərəfdə çeçenlər, digər tərəfdə azərbaycanlılar. Jurnalist Fuad Abbasov kütləvi davanın baiskarının Rusiyanın erməni əsilli vətəndaşı olduğunu deyib və onun pasport məlumatlarını açıqlayıb. Pasport sahibi dava ilə heç bir əlaqəsi olmadığını bəyan edib. Abbasov bundan sonra saxlanılıb. Dediyinə görə, ona beş gün vəkili və qohumları ilə əlaqə saxlamağa icazə verməyiblər.

Ana səhifəXəbərlərBaş tutmayan deportasiya