Baş redaktorun şikayəti təmin edilməyib

Vəkillər müdafiə çıxışından imtina ediblər

Source:


Vəkillər müdafiə çıxışından imtina ediblər

Şirvan Apelyasiya Məhkəməsi “maide.az” saytının baş redaktoru, ilahiyyatçı Sərdar Babayevin şikayətini təmin etməyib. Masallı Rayon Məhkəməsi S.Babayevi 3 il azadlıqdan məhrum edib. Şirvan Apelyasiya Məhkəməsinin hakimi Rafiq Cəlilov hökmü qüvvədə saxlayıb.

Vəkil Cavad Cavadovun verdiyi məlumata görə, məhkəməyə gedən yol polis tərəfindən bağlanıb prosesi izləməyə gələnlər içəri buraxılmayıb.

İlahiyyatçının digər vəkili Yalçın İmanov isə Meydan TV-yə deyib ki, polislər hətta vəkillərin də qarşısını kəsiblər:

“Nəhayət, biz onlara başa sala bildik ki, vəkillər olmadan proses keçirilməyəcək. Bundan sonra bizi buraxdılar. Vəkilləri və Sərdar Babayevin 7 nəfər qohumunu buraxdılar. Digər şəxslərin məhkəmədə iştirakına imkan verilmədi”.

Məhkəmədə vəkillər Y.İmanov və Cavad Cavadov bu cür davranışa etiraz olaraq, məhkəmədə müdafiə çıxışından imtina ediblər.

S.Babayev isə çıxışında haqqındakı hökmün qanunsuz və əsassız olduğunu bildirib. İlahiyyatçı deyib ki, məsciddə namaz qılmağa, xütbə oxumağa görə adamı həbs eləmək absurddur. O, hökmün ləğv olunmasını və bəraət verilməsini istəyib.

Müşavirədən sonra hakim qərarı elan edib. Qərəra görə şikayət təmin edilməyib.

Sərdar Babayev barəsində əvvəlcə 37 gün həbs-qətimkan tədbiri seçilib. Sonra onun barəsində Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) cinayət işi başlanıb və o, həbs edilib.

Ana səhifəXəbərlərBaş redaktorun şikayəti təmin edilməyib