Baş redaktorun məhkəməsi başlayıb

Elçin Zahiroğlu deputat oğlunu hədələməkdə təqsirləndirilir

Source:
Elçin Zahiroğlu
Elçin Zahiroğlu


Elçin Zahiroğlu deputat oğlunu hədələməkdə təqsirləndirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakipost” saytının baş redaktoru Elçin Zahiroğlunun məhkəməsi başlayıb.

E.Zahiroğlu CM-nin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə ittiham olunur. Hakim İradə Həsənzadənin sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib, iş məhkəmə baxışına verilib.

Elçin Zahiroğlu 2017-ci ilin iyulunda deputat Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında tutulub. Onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həbib Axundovu onun haqqında rüsvayedici məlumat yaymaqla hədələyib, ondan pul tələb etməkdə şübhəli bilinən E. Zahiroğlu bir neçə gün saxlandıqdan sonra buraxılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Elçin Zahiroğlu keçmiş deputat, şair Sabir Rüstəmxanlının bacısı oğludur.

Həbib Axundovun adı model Günel Mirzəyevanın ölümü ilə bağlı

hallandırılır.

Ana səhifəXəbərlərBaş redaktorun məhkəməsi başlayıb