Baş redaktorun apelyasiya şikayəti təmin edilməyib

İkram Rafiqoğlu

İkram Rafiqoğlu

Ombudsman Aparatının əməkdaşları İkram Rəhimovla görüşüblər

Noyabrın 8-də Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə “realliq.info” saytının baş redaktoru İkram Rəhimovun şikayətinə baxılıb. Baş redaktor barəsində seçilmiş həbs-qətimkan tədbirindən şikayət verib. O, yazılarına görə həbs edildiyini bildirib. Lakin şikayət təmin edilməyib.

Bu barədə Meydan TV-yə İkram Rəhimovun yaxınları məlumat verib.

Bildirilib ki, Ombudsman Aparatının əməkdaşları bu həftə İkram Rəhimovla görüşüblər:

“Jurnalist onlara yaxınları ilə görüşə icazə verilmədiyini, həm də qanunsuz tutulması barədə prezidentdə şikayətlərinin göndərilməsinə maneçilik yaradıldığını deyib”.

İ.Rəhimov oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb.

Amma İ.Rəhimov ittihamları rədd edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0o2hie

Ən çox baxılan