Baş redaktora xəbərdarlıq edilib

Anar Məmmədov istintaq sirrini yaymaqda günahlandırılır

Source:
Anar Mammadov
Anar Mammadov


Anar Məmmədov istintaq sirrini yaymaqda günahlandırılır

“Criminal.az” saytının baş redaktoru Anar Məmmədov iyulun 24-də Bakı Şəhər Prokurorluğuna çağrılıb. Baş redaktora istintaq sirri yaydığına görə xəbərdarlıq edilib.

Jurnalisti vəkili Elçin Sadıqovun iştirakı ilə müstəntiq Cavid Abasov dindirib.

Anar Məmmədov deyib ki, ona “Facebook”da yazdığı statusa görə xəbərdarlıq ediblər:

“Mən yazmışam ki, 50 saat dindirilmişəm və telefonum, sənədlərim, kompüterim müsadirə olunub, kimin imkanı varsa, mənə kompüter versin, vəssalam. Eyni zamanda, qeyd etmişdim ki, müsadirə olunan avadanlıqlarımın qaytarılması üçün prokurorluğa müraciət etmişəm. Halbuki, burda “istintaq sirri” dadlanacaü bir şey yoxdur, bu, texniki bir xəbərdir”.

İyulun 12-də Anar Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindiriliblər.

İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı da cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.

Ana səhifəXəbərlərBaş redaktora xəbərdarlıq edilib