Baş redaktor Ramil Usubova müraciət etdi (yenilənib)

“Heç bir nazirlik, o cümlədən, bir zamanlar normal işləyən 102 xidməti işləmir”

Source:


16.20. moderator.az-açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, məsələ hazırda araşdırılır:


“Baş vermiş istənilən qanun pozuntusu tərəfimizdən araşdırılarq hadisəyə qiymət verilir. Dediyiniz hadisə ilə bağlı informasiya yayıldıqdan sonra məsələ  araşdırılır və jurnalistin maşınını əzən avtomobil mütləq tapılacaq”


“Heç bir nazirlik, o cümlədən, bir zamanlar normal işləyən 102 xidməti işləmir”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı dünən jurnalist Rasim Əliyevin dəfninə gedərkən yolda başlarına gələn hadisə ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.

Jurnalistin Meydan TV-yə daxil olan müraciətində bildirilir:

“Rasim Aliyevin dəfninə gedəndə Mehman Əliyevin maşınını bir başqa maşın vurdu. Az qaldı üstümüzə çıxsın maşın. 10 PJ 997 nömrəli idi yanılmıramsa. Maşında 5 jurnalist vardı. Dərhal 102-yə zəng elədik. 102-yə zəng çatmadı. Cır səsli bir qız gözləməyimizi, bütün xəttlərin dolu olduğunu bildirirdi. Xətt heç boşalmadı və bizi təbii ki, birləşdirmədilər.

Heç bir nazirlik, o cümlədən, bir zamanlar normal işləyən 102 xidməti işləmir. Heç birinin elektron poçtuna şikayət getmir. Ölkədə artıq şikayət ediləcək məkan qalmayıb. Buradan Ramil Usubova səslənirəm. Tapşırıq verin, dünən oturduğumuz maşını vurub aradan çıxan sürücünü tapsınlar və cəzalandırsınlar…”

Ana səhifəXəbərlərBaş redaktor Ramil Usubova müraciət etdi (yenilənib)