Baş redaktor dəm qazından boğulub

Jurnalistin meyiti yaşadığı evdən tapılıb

Source:
Əyyub Kərim
Əyyub Kərim


Jurnalistin meyiti yaşadığı evdən tapılıb

“Femida” qəzetinin baş redaktoru Əyyub Kərimov martın 2-də dəm qazından boğularaq ölüb.

Bu barədə jurnalistin yaxınları bildirib.

Hadisə Nəriman Nərimanov rayonunda baş verib.

Jurnalistin meyiti yaşadığı evdən tapılıb.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Əyyub Kərim 1958-ci ildə Qax rayonunda doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Suraxanı Rayon Məhkəməsində iclas katibi kimi başlayıb.

1990-cı ildə “Ədalət” qəzetində çalışıb, 1992-ci ildən vəfatına qədər müstəqil hüquq qəzeti “Femida”nın baş redaktoru olub.

Mətbuat Şurasının hüquq komissiyasınıın sədri idi.

Əyyub Kərim 2016-cı ilin 18 iyununda Meydan TV-yə

müsahibə

vermişdi.

Ana səhifəXəbərlərBaş redaktor dəm qazından boğulub