Baş redaktor bu gün həbs edilə bilər

Vergilər Nazirliyi Ş.Cəfəriyə 72 min manat cərimə, cərimənin 50 faizi qədər əlavə maliyyə cərimə sanksiyası tətbiq edib

Source:


Vergilər Nazirliyi Ş.Cəfəriyə 72 min manat cərimə, cərimənin 50 faizi qədər əlavə maliyyə cərimə sanksiyası tətbiq edib

“Gündəm Xəbər” qəzetinin redaktoru Şirin Cəfəri    rəsmi qurumlara və ölkədəki diplomatik    korpusa müraciət ünvanlayıb.

Ş.Cəfəri Ədliyyə Nazirliyinin onun barəsində vergidən yayınma ittihamı ilə  materiallar topladığını, hazırda bu işin Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatında olduğunu bildirir.

O, bu prosesə qədər vergidən yayınma ittihamı ilə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2013-cü il qərarı ilə 2 il şərti və 2 il sınaq müddəti cəzası aldığını qeyd edib. O, Apellyasiya Məhkəməsi və Ali Məhkəmə instansiyalarına  etdiyi şikayətlərin təmin olunmadığını vurğulayıb.

Ş.Cəfəri ölkə məhkəmələrinin barəsində çıxardığı qərarları “məmur sifarişlərinin     nəticəsi” kimi dəyərləndirir. O, qəzetin həcmi, reallaşdırılması,     əldə edilən gəlirlər, satışı haqda Vergilər Nazirliyinin verdiyi saxta rəqəmlərlə    bağlı yenidən cinayətə cəlb olunduğunu iddia edir. Təsisçi olaraq Ş.Cəfəriyə  Vergilər Nazirliyi 72 min manat cərimə, cərimənin 50 faizi qədər əlavə maliyyə cərimə sanksiyası tətbiq edib. Vergilər Nazirliyi bütünlükdə isə cərimənin məbləğinin 1 milyon 774 min olması haqda sənəd hazırlayıb.

S.Cəfəri belə bir məbləğin yaranmasına səbəb kimi auditi aparan şəxslərin “Gündəm Xəbər” qəzetinin dövriyyəsini “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin dövriyyəsi ilə eyniləşdirmələrini göstərir. Daha sonra Ş.Cəfəri qəzetin ayrı-ayrı illərdə satılmış və satılmamış nüsxələri haqda bildirib və    qeyd     edib ki, hər dövriyyədə qəzetin demək olar ki tən yarısı satılmamış redaksiyaya qaytarılıb.

Son olaraq Ş.Cəfəri müraciət etdiyi ünvanlardan barəsindəki cərimə  məbləğinin və məhkəmə qərarının ləğv olunmasına yardım göstərmələrini  xahiş    edir.

Bu gün Yasamal Rayon Məhkəməsində „Gündəm-xəbər” qəzetinin baş redaktoru Ş.Cəfərinin sonuncu məhkəmə prosesidir və onu həbs təhlükəsi gözləyir.

Ana səhifəXəbərlərBaş redaktor bu gün həbs edilə bilər